ABŞ prezidenti Avraam Linkolna məxsus qanlı əlcəklər hərracda 1,52 milyon dollara satılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" yazıb.
Dəri əlcəklər prezidentin öldürüldüyü gecə onun cibində olub. Linkoln 14 aprel 1865-ci ildə Vaşinqtonda öldürüldü. Qatil Con But idi.
Qeyd edək ki, ümumilikdə ABŞ-də "Freeman's & Hindman" hərracında Linkolnla əlaqəli 144 əşya satılıb. Ümumi satışlar 7,9 milyon dollar təşkil edib. Ən bahalı əşya isə sözügedən bir cüt əlcək olub.
Ağarza Elçinoğlu