Macarıstanın Avropa İttifaqında əsas gücünü itirə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Şurası sammitin gündəliyinə uyğun olaraq, gələn həftə, mayın 27-də Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə etmək üçün iclas keçirməyi planlaşdırır.
"Nazirlər 2018-ci ilin sentyabrında Avropa Parlamentinin əsaslandırılmış təklifi ilə başlanmış 7-ci maddə proseduru çərçivəsində Macarıstanla bağlı səkkizinci dinləməni keçirəcəklər", - məlumatda deyilir.
Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi, Avropa İttifaqının əsasını qoyduğu dəyərləri ciddi şəkildə pozmaq riski olduqda, üzv dövlətin müəyyən hüquqlarının, xüsusən də səsvermə hüququnun dayandırılmasına icazə verir.