Elnur Aslanov: "Azərbaycanda internet məkanında tənqidi çıxış edənlərin təhlükələrlə üzləşdikləri barədə iddialar boş təxəyyüldən başqa bir şey deyil"
11:22 29-08-2013
CƏMİYYƏT
Elnur Aslanov: "Azərbaycanda internet məkanında tənqidi çıxış edənlərin təhlükələrlə üzləşdikləri barədə iddialar boş təxəyyüldən başqa bir şey deyil"
Özünü insan haqları müdafiəçisi elan edən Rebekka Vinsentin Azərbaycandakı seçkiqabağı durumla bağlı "Əl-Cəzirə"nin saytında yaydığı və bu gün bəzi müxalif qəzetlər tərəfindən tirajlanan məqaləsi tamamilə böhtan, iftira üzərində qurulub və qərəzli xarakter daşıyır.
Bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E.Aslanovun sözlərinə görə, R.Vinsent bu cür yalanlarla məşğul olduğu üçün utanmalıdır: "Azərbaycanda internet məkanında tənqidi baxışlarla çıxış edənlərin təhlükələrlə üzləşdikləri, hakimiyyətin onların fəaliyyətini məhdudlaşdırdığı barədə iddialar R.Vinsentin boş təxəyyülündən başqa bir şey deyil və heç bir real faktlara əsaslanmır.
Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizi ötüb, ölkə postsovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında, həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə "İKT ili" elan olunub".
PA-nın şöbə müdiri bildirib ki, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı cənab Prezident İlham Əliyevdir: "Ölkədə "Elektron hökumət"in qurulması, "ASAN xidmət"in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı Prezidentin "Facebook" səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir. Dövlət ünsiyyətin yeni forması kimi sosial şəbəkələrdə məmur-vətəndaş arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi üçün dəstəyini davam etdirəcək".
E.Aslanovun sözlərinə görə, Azərbaycan hakimiyyəti qanun çərçivəsində internet məkanında tənqidi baxışlarla çıxış edənlərin fəaliyyətini siyasi mübarizənin normal şərti kimi qəbul edir və bundan heç bir narahatlıq keçirmir:
"Azərbaycan torpaqları işğal olunub və ölkə Ermənistanla münaqişə vəziyyətindədir. İstisna deyil ki, maliyyə mənbələri şübhəli bəzi "insan haqları müdafiəçi"lərinin vaxtaşırı ortaya atılaraq Azərbaycan Respublikası əleyhinə mənfi rəy yaratmağa çalışmalarının erməni diaspor təşkilatlarının sponsorluğu ilə baş tutur. "Hüquq müdafiəçisi" olaraq 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı səsini ucaltmayan bəzi şəxslərin Azərbaycana qarşı iftiraları da bu qəbildən hesab oluna bilər. Bir daha bəyan edirik ki, Azərbaycanda istifadəçilərin internetdə fikir, söz azadlığı bundan sonra da təmin olunacaq və qorunacaqdır".
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22