"Prezidentimizin Macarıstana səfərinin sonunda dediyi “Yenidən namizəd olmaq fikrim yoxdur” açıqlaması bizə görə ədalətli bir ifadə deyil".
"Unikal" xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
O, prezident Rəcəb Tayyib Ərdoğanın göstərə biləcəyi daha çox xidmətlərin olduğunu açıqlayıb: "Tarixi geriyə bağlamaq ağılsızlıqdır. Tarixdən geri qalmaq isə məhvə bərabərdir.
Türkiyə Cümhuriyyətinin və türk millətinin yeni əsrin yol xəritəsini çəkən cənab Rəcəb Tayyib Ərdoğana böyük ehtiyacı olduğu tarixin və həyatın danılmaz həqiqətidir. Ölkəsinin, millətinin qayğısı olan Prezidentin yolundan geri çəkilməyə haqqı yoxdur.
Üstəlik, bu vəziyyət nə ölkənin indiki şərtlərinə, nə də regional və qlobal proseslərə uyğun gəlmir. Terrorsuz bir Türkiyədə aşılması lazım olan bir çox mərhələ var. Cənab Rəcəb Tayyib Ərdoğanın çəkib atdığı ox hədəfinə çatmalıdır".
Ağarza Elçinoğlu