Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

"Unikal" xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 270 Rusiya hərbçisi, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Kursk vilayətindən olan mülki şəxslər də daxil olmaqla 120 mülki şəxs geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxsi Kiyevə təhvil verilib. Geri qaytarılan rusiyalılar hazırda Belarusdadır və onlara lazımi yardım göstərilir.