"Mən Avropa Siyasi Birliyi sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan X sosial hesabında yazıb.
"Vurğulamaq vacibdir ki, Ermənistan və Azərbaycanın ASB-yə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəkləyiblər",- deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ASB sammitinin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bəyan edib.