Hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi maariflənməsində vəkillər mühüm rol oynayır.

"Unikal" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

 

O bildirib ki, bu sahədə savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.

Sədr diqqətə çatdırıb ki, bu gün Vəkillər Kollegiyasının sıralarında 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir.