Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün, Suriya xarici işlər naziri Esad Həsən Şeybani və bəzi digər rəsmilər də iştirak edib.
Görüş mətbuata qapalı keçirilib.