Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalının açılış mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, festivalın açılış mərasimi Azərbaycan nümayəndələrinin iştirakı ilə Atatürk hava limanında keçirilib. 

Qarabağ atları ilə göstərilən şou zamanı Türkiyə və Azərbaycanın bayraqları qaldırıblar. Ərdoğan çıxışı ayağa qalxaraq alqışlayıb.

Ağarza Elçinoğlu