Ukraynada əsirlikdə saxlanan 303 hərbi qulluqçu Rusiyaya qaytarılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlar mayın 16-da İstanbulda Rusiya-Ukrayna nümayəndələri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq qaytarılıb:

"Əvəzində Ukraynanın 303 hərbi əsiri qarşı tərəfə təslim edilib. Bununla da mayın 23-dən 25-dək Rusiya və Ukrayna tərəfləri arasında "1000-ə 1000" formatı üzrə əsir mübadiləsi baş tutub".

Qeyd edək ki, bu, Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsidir.