Fransa prezidenti Emmanuel Makronun başına iş gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnama xanımı Bricit Makron ilə səfər edən Makron gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, Bricit Makron Fransa liderinin üzünə sillə vurub.
Hadisə anı Makronun təyyarəsi Hanoya çatan zaman təsadüfən kameralara düşüb. Cütlüyün çəkiliş apardıqlarından xəbərsiz olduğu bildirilib.
Təyyarənin göyərtəsində onların arasında nə baş verdiyi hələlik məlum deyil.