2024-cü ilin aprel ayının sonuna Ermənistanın dövlət borcu 13 milyard 608 milyon dollar təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlində dövlət borcu 766 milyon dollar və ya 6% artıb.
Bu ilin mart ayında Ermənistan beynəlxalq kapital bazarında 7,1% gəlirlilik ilə 10 il müddətinə 750 milyon ABŞ dolları dəyərində avrobond yerləşdirib. Beləliklə, dövlət 750 milyon dollar yeni və daha bahalı borc götürüb.
Ağarza Elçinoğlu