Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
"Unikal" xəbər verir ki, F qrupunda Qazaxıstan millisi ABŞ-ni məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan görüş yığmanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla belə hər iki seçmə komanda mübarizəni dayandırıb.
Bu qrupda yer alan Bosniya və Herseqovina və Polşa yığmaları pley-off mərəhləsinə yüksəliblər.