Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, liderlər ikitərəfli Belarus-Rusiya gündəliyinin əsas cari məsələlərini, həmçinin beynəlxalq vəziyyəti müzakirə ediblər.
Putin İstanbulda əldə olunmuş razılaşmaların hazırlanmasında məhbus mübadiləsi prosesinin təşkilində göstərdiyi köməyə görə Lukaşenkoya minnətdarlığını bildirib.