Əfqanıstanın şərqindəki Paktiya vilayətində bədbəxt hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qardez şəhərinin sakini uşaqları iflic xəstəliyinə qarşı peyvənd edən həkimlərə atəş açıb.
Hadisə bir qrup tibb işçisinin xəstəliklərə qarşı azyaşlıları peyvənd edərkən baş verib. Belə ki, şəhər sakini övladlarının iynə vurdurmasına qarşı çıxıb. Buna baxmayaraq həkimlər uşaqları peyvənd vurdurmağa razı salıb, bu zaman ata tüfəngi ilə onlara atəş açıb. İnsident nəticəsində bir həkim ölüb, digər isə ağır yaralanıb.
Qeyd edilir ki, bu faciəli hadisə Əfqanıstan hakimiyyətinin “evdən evə” sxemindən istifadə edərək uşaqları iflic xəstəliyinə qarşı peyvənd etməyə qadağası fonunda baş verib. Bu məqsədlər üçün məscidlər, tibb məntəqələri kimi xüsusi yerlər ayrılıb.