Ötən il pensiya və təqaüdlərin artımları açıqlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.  

2024-cü ildə orta pensiya məbləği 12,0 faiz artırılaraq 494 manata, yaşa görə pensiya 11,3 faiz artırılaraq 528 manata çatdırılmış, yaşayış minimumu 2023-cü illə müqayisədə 9,8 faiz artırılaraq ölkə üzrə 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üzrə 287 manat, pensiyaçılar üzrə 222 manat, uşaqlar üzrə 235 manat məbləğində müəyyən edilib.

2024-cü il yanvarın 1-dən ehtiyac meyarının həddi 9,8 faiz artırılaraq 246 manatdan 270 manata çatdırılmışdır. Bununla əlaqədar olaraq ünvanlı dövlət sosial yardımı üçün ayrılan vəsait də əvvəlki illə müqayisədə 179,5 milyon manat artırılaraq 457,3 milyon manata çatdırılıb.

Anar Kəlbiyev