"Hesabat ilində icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90% və ya 19,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb. Bu, bizim üçün çox önəmlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. 

"Gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2024-cü ildə bu göstəricimiz 90 faiz olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 faizinin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq", - deyə nazir bildirib.

Anar Kəlbiyev