2025-ci ilin yanvar - aprel aylarında Azərbaycan bankları 339.8 mln. manat xalis mənfəət əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16,6% azdır.
Bu ilin ilk dörd ayında sektorun əməliyyat mənfəəti isə 3,6% azalaraq 564.4 mln. manata enib. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Ötən ilin eyni dövründə bu rəqəm 89.9 mln. manat təşkil edib.