Azərbaycanda sadələşmiş vergi dərəcələri ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, ödəyicilərin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəmək üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edilib: “Bunun üzərindən 10 ildən çox vaxt ötüb. Bu müddət ərzində bir neçə dəfə devalvasiya baş verib. Odur ki, bu müddətdə inflyasiyaların nəzərə alınaraq sadələşmiş vergi dərəcəsi aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.
Anar Kəlbiyev