Moskvada 79 yaşlı professor bütün əmanətlərini fırıldaqçılara verdikdən sonra intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, Moskva Universitetinin 79 yaşlı keçmiş əməkdaşı Boris Boyarintsev dostuna baş çəkməyə gəldikdən bir gün sonra ölü tapılıb. Mərhumun şəxsi əşyalarından müstəntiqlər dələduzluq maddəsi ilə cinayət işinin başlanmasına dair sənədin surətini aşkar ediblər.
Məlum olub ki, professor fırıldaqçılara 52 milyon rubl verib. O, 16 dəfə naməlum şəxslərlə görüşərək onlara pul köçürüb, həmçinin iki mənzil satıb: biri Leninski prospektində, ikincisi isə Veşnyakovskaya küçəsində.
Ağarza Elçinoğlu