ABŞ prezidenti Donald Tramp yadda saxlamalıdır ki, Rusiya ilə ABŞ arasında baş verə biləcək ən pis şey III Dünya Müharibəsidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

"Trampın Putinin "odla oynaması" və Rusiyanın başına gələn "həqiqətən pis şeylər" haqqında sözlərinə gəlincə. Mən yalnız bir pis şey bilirəm, o da III Dünya Müharibəsi. Ümid edirəm ki, Tramp bunu başa düşəcək!", - deyə Medvedev yazıb.