Romada keçirilən ABŞ-İran danışıqlarının sonuncu raundu konstruktiv olub və tərəflər tezliklə yenidən görüşmək barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
“Müzakirələr həm birbaşa, həm də dolayı olub. Danışıqlar konstruktiv şəkildə davam edir. Biz daha da irəliləyiş əldə etmişik. Hər iki tərəf yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəlib”, - Bryus qeyd edib.