Rusiya tərəfindən hazırlanan Ukraynaya dair memorandum layihəsi üzərində iş son mərhələyə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat qeyd edib ki, Kreml Ukrayna ilə bağlı hələ razılaşdırılmamış sənədlərin məzmununu media vasitəsilə müzakirə etmək niyyətində deyil.
Peskovun sözlərinə görə, Ukrayna ilə danışıqların növbəti raundunun yeri birbaşa danışıqlar aparan hər iki tərəf üçün məqbul olmalıdır: "Ukrayna ilə müvəqqəti atəşkəs üçün şərtlər siyahısının müzakirəsi üçün sənədlər hazırlanır və xüsusi hərbi əməliyyat davam edir.
Biz başa düşürük ki, Tramp Ukraynada tezliklə nizamlanmanı istəyir, lakin ABŞ kimi Rusiyanın da öz milli maraqları var, biz bundan əl çəkməyə hazır deyilik".
Ağarza Elçinoğlu