Yunan polisi Saloniki yaxınlığındakı Termi qəsəbəsində silahlı hücumdan sonra 6 Türkiyə vətəndaşını saxlayıb.

"Unikal" xəbər verir ki, hadisə Yunanıstan Kəşfiyyat Xidmətinin (EYP) agentlərinin gizli təqibi zamanı baş verib.

Məlumata görə,  təqib olunan gümüş rəngli yolsuzluq avtomobili Tagaradesdəki yanacaqdoldurma məntəqəsində EYP agentlərinə atəş açıb. 

İnsident zamanı 6 türk vətəndaşı saxlanılıb.  Ölən və  yaralanan olmayıb. Agentliyin məlumatına görə, saxlanılan şəxslər mafiya üzvləridir.  Onların hansı mütəşəkkil qrupdan olduğu bildirilməyib.