Lionel Messi və Luis Suares ABŞ-nin "İnter Mayami" klubunun heyətində dubl ediblər.

"Unikal" xəbər verir ki, hər iki oyunçu MLS-in 16-cı turunda "Montreal"la oyunda iki qol vurub.

Messi 27 və 87-ci, Suares 68 və 71-ci dəqiqədə rəqib qapısına yola tapıb. Oyun isə Mayami təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "İnter Mayami" 26 xalla 9-cu pillədədir.