Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi son mərhələyə qədəm qoyub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. 

Onun sözlərinə görə, sazişin mətni nəhayət razılaşdırılıb, yalnız imzalanması qalıb: "Hazırda iki ölkə arasında diplomatik kanallar vasitəsilə müqavilənin imzalanmasına hazırlıq məqsədilə məsləhətləşmələr aparılır".

Qriqoryan onu da vurğulayıb ki, Ermənistan tərəfi sülh müqaviləsi imzalanan gün Minsk Qrupunun buraxılması ilə bağlı rəsmi bəyanat verməyə hazırdır. 

Ağarza Elçinoğlu