Cari ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisə 4,6 faiz artaraq 8 milyard 483,3 milyon manat olub.

"Unikal" Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 4 milyard 782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 faiz artaraq 3 milyard 701 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.