"Qarabağ"la "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına 5000-dən çox bilet satılıb.
"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.