Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli raketlərini təhvil verərsə, Rusiya Almaniya ilə hərbi münaqişəyə girə bilər.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Dumasının deputatı Yuri Şvıtkin deyib. 

Onun sözlərinə görə, Rusiya Almaniyanın belə bir hücum aktına cavab verməyə məcbur olacaq.

"Belə bir risk var. NATO ölkələri addım-addım üçüncü dünya müharibəsinə yaxınlaşır", - deputat bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) “Taurus” raketlərini alarsa, onlar Rusiyanın, o cümlədən Moskvanın dərinliklərinə zərbə endirmək imkanı əldə edəcəklər.

"Bu, Rusiyanı “sərt cavab tədbirləri görməyə” məcbur edəcək”, - Şvıtkin əlavə edib. 

Gülayə Mecid