Yaponiya Suriyanın dörd bankına qarşı sanksiyaları ləğv edib.

"Unikal" xəbər verir ki, bu  barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat  yayıb. 

Söhbət Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı, Kənd Təsərrüfatı Kooperativ Bankından gedir.

Bundan əvvəl Avropa İttifaqı Şurası 24 Suriya təşkilatına qarşı iqtisadi sanksiyaları ləğv edib.