Braziliya yığmasına yeni təyin olunmuş baş məşqçi Karlo Ançelotti "Real Madrid"dən getməsinin səbəbləri haqda danışıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, qeyd edib ki, nəticələr gözləntiləri doğrultmayıb: "Komandanın çıxışı da ürəkaçan deyildi. Dəyişiklik vaxtı idi. "Arsenal"ı dəf edə bilmədiyimizdən sonra müzakirə edib gözlənilən qərarı verdik. Hamı başa düşdü ki, belə olsa, daha yaxşı olar. "Real Madrid" yeni yola başlayacaq, mən isə Braziliya millisi ilə başlayacağam".
Ağarza Elçinoğlu