İsveç kral ailəsinin üzvü gecə klubunda həbs edilib.
"Unikal" "Bild"ə istinadən xəbər verir ki, onun üzərində kokain aşkar edilib.
Məlumata görə, polis bir ay əvvəl Kral Karl Qustaf və Kraliça Silviyanın yaxın qohumunu Stokholmdakı klublardan birində həbs edib. Həmin şəxsin cibindən siqaret qutusunda gizlədilmiş 0,6 qram kokain olan bağlama aşkar edilib.
İsveç mətbuatının məlumatına görə, həbs edilən şəxs vəliəhd şahzadə Viktoriyanın əmisi oğludur.
Çox güman ki, onu yalnız cərimə və ya xəbərdarlıq gözləyir.
Ağarza Elçinoğlu