"İstanbulda keçirilən danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşlə yekunlaşa bilər". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ukraynada sülh yolu ilə nizamlanma bir il ərzində əldə oluna bilər.

"Biz (İstanbulda) danışıqların konkret nəticə verə biləcəyini sübut etdik. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik", - Fidan əlavə edib.