İtaliyanın “Milan” komandasının yeni baş məşqçisi məlum olub.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi bu vəzifəyə Massimiliano Alleqrini gətirib. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.
57 yaşlı mütəxəssis bu postda portuqaliyalı çalışdırıcı Serjiu Konseysaunu əvəzləyib.