Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının söküntüsü başa çatıb.

"Unikal" xəbər verir ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Qeyd edək ki, Həsən Əliyev küçəsindən başlaması nəzərdə tutulan yol “Koroğlu” metrostansiyasına qədər uzanacaq.

Murad İbrahimli