Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakıxanov Mall əyləncə və ticarət mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları, eləcə də fiziki məhdudiyyətli uşaqlar üçün əyləncəli bayram şənliyi təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, eləcə də Bakıxanov Mall əyləncə və ticarət mərkəzinin nümayəndələri iştirak ediblər.
Uşaqlar üçün bayram süfrəsi açılaraq, hədiyyələr təqdim olunub. Kloun və animatorların təqdimatında əyləncəli oyunlar, sehrbazın rəngarəng nömrələri balacalar tərəfindən maraqla qarşılanıb. Həmçinin, onlara əyləncə mərkəzindəki müxtəlif attraksionlardan pulsuz istifadə imkanı yaradılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik edərək onlara sağlam və xoşbəxt gələcək arzu edib.