Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.

"Unikal" xəbər verir ki, kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində  federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək.

 "Gənclik" metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçiriləcək ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılacaq. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət edəcəklər. Eyni zamanda uşaqların həftəsonunu maraqlı keçirməsi üçün müxtəlif musiqili proqramlar, əyləncəli viktorinalar nəzərdə tutulub.

Tədbir saat 17:00-dan etibarən başlayacaq. Əraziyə giriş sərbəstdir.