Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.
"Unikal" xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edib.
Bayıl stadionunda təşkil olunan qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib.
Yığmamız rəqibinə 5:0 hesabı ilə məğlub olub.