Azərbaycanın minifutbol millisi növbəti qarşılaşmasını keçirib.
"Unikal" xəbər verir ki, komandamız Bakıda təşkil olunan dünya çempionatında yarımfinal mərhələsində meydana çıxıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.
Bu qələbə ilə Azərbaycan millisi dünya çempionatının ilk finalçısı olub. Finaldakı rəqibimiz Macarıstan – Çexiya qarşılaşmasından sonra bəlli olacaq.