Gürcüstanda azərbaycanlılara qarşı cəbhə
11:55 30-08-2013
CƏMİYYƏT
Gürcüstanda azərbaycanlılara qarşı cəbhə
Sərhəd bölgəsində ki, azərbaycanlılar köç edir
Gürcüstanda yaşayan azərbaycanlıların son günlər üzləşdikləri problemlər, eləcə də soydaşlarımızın ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı baş nazir Bidzina İvanişvili və prezidenti Mixail Saakaşviliyə müraciət olunub. Bu barədə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov məlumat verib.
Azərbaycanlı deputatın sözlərinə görə, Ermənistan sərhədçiləri tərəfindən saxlanılan Allahverdi Pələngovun azad olunması üçün prezident və baş nazirə dəfələrlə müraciət edilib kömək istənilsə də, problem həllini tapmayıb."Biz mütəmadi olaraq bu işlərlə məşğuluq. Soydaşlarımızın azad olunması üçün demək olar ki, bütün rəsmi instansiyalara müraciət etmişik. Ermənistan tərəfi Allahverdi Pələngovun işini yubandırır. Rəsmi qurumlar isə saysız-hesabsız müraciətlərə baxmayaraq onun azad olunması üçün heç nə etməyib"-deyə deputat bildirib.Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı Əli Məmmədov isə bütün problemlərin sərhəddin bəlli olmamağından yarandığını deyib. Deputat Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı mütəmadi olaraq rəsmi qurumlara məlumat verildiyini bəyan edib.Qeyd edək ki, Gürcüstanda yaşayan bir neçə azərbaycanlı erməni sərhədçiləri tərəfindən əsir götürülüb. Bir neçə gün bundan qabaq erməni sərhədçilər Gürcüstanda daha üç azərbaycanlını saxlayaraq özləri ilə aparıblar. Marneuli Polis idarəsi işə qarışdıqdan sonra soydaşlarımız azad edilib.Amma ekspertlər bildirir ki, bu təsadüf deyil və bundan sonrada belə hadisələr olacaq. Çünki bunu həm Ermənistan tərəfi,həm də Gürcüstandakı bəzi siyasi qüvvələr istəyir. Belə ki, sərhəd bölgəsində yaşayan azərbaycanlıları hər zaman gərginlikdə saxlamaqla onların köçünə çalışırlar. Çünki azərbaycanlılar bu ərazidən çıxan kimi ermənilərin bu kəndlərdə yerləşdiriləcəyi iddia olunur. Gürcüstandakı bəzi siyasi dairələrdə bu ölkədə azərbaycanlıların sayının azalmasına çalışırlar.Bunun müqabilində isə ermənilərin sayının artmasını normal qəbul edirlər. Çox maraqlı başqa bir məqam isə budur ki, istər Saakaşvili hakimiyyəti dövründə, istərsədə hazırda sərhəd bölgələrində yaşayan azərbaycanlılara biganə olublar. Əkin sahələri əllərindən alınıb, Gürcüstan başdan ayağa Azərbaycan qazı ilə qazlaşdırılsada bu kəndlərə qaz çəkilməyib. Hesab edilir ki, hər gün sosial problemlə yüklənən azərbaycanlılar demək olar ki, məcburiyyət qarşısında qalaraq ölkəni tərk edirlər. Ekspertlər bildirir ki, bu gün Gürcüstanda gənc azərbaycanlılar artıq yox dərəcəsindədir. Əksəriyyəti ya Rusiyaya, ya da Azərbaycana üz tutub. Gürcüstanda yaşayan azərbaycanlıların sözlərinə görə nədənsə Azərbaycanda da müəyyən təşkilatlar məhz sərhəd bölgəsində yaşayan azərbaycanlılarla maraqlanmırlar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22