Mayın 31-i saat 09:15 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd olunub ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində sərnişin, 1992-ci il Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Südabə Əmirullayeva isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
16:00
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza zamanı "Kia Cerato" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Seymur Əli