Milli Şuranın London arzuları
11:56 30-08-2013
CƏMİYYƏT
Milli Şuranın London arzuları
Milli Şuranın Moskva və Vaşinqton macəralarından sonra gündəmə London səfəri gəlib. Yayılmış məlumatlara görə, Şuranın liderlərinin Londona beş günlük səfəri planlaşdırılır.
Bu səfər vaxt baxımından ciddi seytnota düşmüş Milli Şuraya nə verə bilər?
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Unikal"a söylədiyinə görə, "Milli Şuranın liderləri yenə də gedib Londonda qapılarda oturub əllərinə dəsmal götürüb ağlayacaq və soyuqqanlı ingilislərə ərz edəcəklər ki, "Azərbaycanda siyasi mübarizə aparmaq üçün şərait yoxdur, bizə pul yardımı edin. İngilislər də çox soyuqqanlı və rəhmsizdilər, onlara mərhəmətə edib-etməyəcəklərini isə proqnozlaşdırmaq bir az müşkül məsələdir".
Partiya sədrinin sözlərinə görə, "Milli Şuradakılar hələ də anlaya bilmirlər ki, başlanmamış prezident seçkilərini artıq bu başdan uduzublar. Yəni onların başqa çarələri də yoxdur. Suda boğulan saman çöpündən yapışar".
Partiya sədri hesab edir ki, "Bu ölkə sadəlövh siyasi romantiklərin ölkəsinə çevrilməyə başlayıb və bu Şurik sadəlövhlüyünü yaradanlar elə Milli Şuradakı siysətbazlardır. Buna görə qəti şəkildə hesab edirəm ki, onları bu cəmiyyətin siyasi həyatından təcrid etmək lazımdır. Mən əvvəldən də demişdim ki, Milli Şura elə yarandığı gündən ölü təşkilatdır və bu proqnozlarım düz çıxdı. Radikal müxalifət Milli Şuranı ona görə yaratmamışdı ki, özünü cəmiyyətdə təsdiq eləsin, ölkədə dəyişikliklərə imza atsın. Ona görə yaratmışdı ki, prezident seçkilərinə vahid namizədlə qatılmasın. Milli Şura ilə bağlı əvvəlcədən də heç bir eyforiyaya düşmək lazım deyildi. Forma dəyişəndə məgər məzmun dəyişir? İstəyirsinizsə, gəlin, istənilən formatda geniş bir siyasi qurum yaradaq və bu müxalifəti də ora qataq. Nə dəyişiləcək? Azərbaycan müxalifətinin itirəcəyi şeylər bu cəmiyyətə xeyir gətirər".
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev hesab edir ki, Milli Şura liderlərinin London səfərinin İngiltərənin hansısa rəsmi dairələri tərəfindən təşkil olunduğunu düşünmək sadəlövhlükdür. Onun "Unikal"a bildirdiyinə görə, "Milli Şuranın liderləri əvvəlcə Moskvadan dördəlli yapışmışdılar. Arada Avropaya və Vaşinqtona da rəml atdılar. Bu həmlələr bir nəticə verməyəndən sonar indi də üz tutublar Londona".
Partiya sədrinin dediyinə görə, "Milli Şuradakılar hələ də anlamırlar ki, istənilən siyasi partnyor birinci növbədə güc sahibləri ilə hesablaşır. Milli Şuranın Bakıda təşkil etdiyi mitinq də göstərdi ki, onların cəmiyyətdə sosial dayağı hədsiz dərəcədə zəifdir. Bunu Avropada da yaxşı bilirlər, Amerikada da, elə Londonda da. Və bi siyasətçi adlanan bəylər bilməlidirlər ki, Azərbaycanın taleyi Moskvada, Vaşinqtonda, Londonda deyil, Azərbaycanda, Bakıda həll olunur. Xarici dairələrin xeyir-duasını almağa cəhdlər göstərməkdənsə Azərbaycan xalqının xeyir-duasını almağa çalışmaq lazımdır. Amerika Birləşmiş Ştatlarının və Qərbin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyi mənə bəllidir. Düzdür, son görüşlərdən sonra qət etmişəm ki, ABŞ hələlik Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı öz mövqeyini dəqiqləşdirməyib. Amma Amerika səfiri də digər rəsmilərlə görüşdən sonra mənə böyük ehtimalla aydın oldu ki, Amerika öz seçimini edib. Rusiya daha radikal mövqe tutub və Azərbaycanı Avrasiya İttifaqına sürükləməkdə maraqlıdır. Bu ittifaqın yaradılması cəhdi bizim tərəfimizdən SSRİ-nin yeni biçimdə yaradılması səyi kimi qəbul edilir. Hətta Rusiya qanunvericiliyi səviyyəsində bu planı gerçəkləşdirmək üçün addımlar atılıb. Mən bunu deyərkən Rusiyadakı miqrantların sıxışdırılmasını nəzərdə tutan qanunların qəbul edilməsini nəzərdə tuturam. Buna görə də Rusiya prezident seçkiləri ərəfəsində müəyyən situasiyalar yaradıb bundan faydalanmağa çalışacaq".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22