Şəhid kapitan Cavid Bayramlının atası vəfat edib.

"Unikal" xəbər verir ki, şəhid atası Əhliman Bayramov uzunsürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, şəhid kapitan Cavid Bayramlı 30 noyabr 2021-ci il tarixində “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olub.

O, Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. "Zəngilanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edillib.