Braziliya A seriyasının 11-ci turu çərçivəsində "Santos" "Botafoqo" ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, matçda "Botafoqo" 1:0 hesabı ilə qalib gəlib.
"Santos"un formasını geyinən Neymar bu görüşdə meydandan qovulub. 76-cı dəqiqədə 33 yaşlı futbolçu topu əli ilə rəqib qapısına göndərib. Bu hərəkətinə görə Neymar ikinci sarı vərəqəni alıb.
Qeyd edək ki, Neymar bu ilin yanvarında sabiq klubu "Santos"a qayıdıb.