İstanbulda danışıqlar zamanı Ukrayna nümayəndə heyətinə təhvil verilən Rusiya memorandumu Moskva ilə Kiyev arasında diplomatik və iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası sənədə istinadən məlumat yayıb.

“Yekun nizamlanmanın əsas parametrləri diplomatik və iqtisadi əlaqələrin (o cümlədən qaz tranziti), nəqliyyat və digər kommunikasiyaların, o cümlədən üçüncü ölkələrlə tədricən bərpasını nəzərdə tutur”, - sənəddə deyilir.