"Çelsi" heyətinə gənc yarımmüdafiəçi qatıb.
"Unikal" xəbər verir ki, məlumatı London klubunun rəsmi saytı yayıb.
"Zadəganlar" Lissabon "Sportinq"indən 20 yaşlı Dariu Esuqunu transfer ediblər. Esuqu müddəti 2033-cü ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, sözügedən oyunçu ötən mövsümü icarə əsasında "Las Palmas"da keçirib. Bu komandanın forması ilə 27 matça çıxan Dariu 1 qol vurub.