Gecədən başlayan güclü külək nəticəsində Bakıda indiyə qədər 37 ağac sınıb.
Yaşıllaşma Təsərrüfat Birliyindən "Unikal"a verilən məlumata görə, 41 ağacın da budağı zədələnib.
Yaşıllaşma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən zədələnən budaqlar kəsilib, sınan ağaclar götürülərək ərazi təmizlənib.
***
10:46
Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Unikal"a bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.
Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.
Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.