İran dövlət mediasının kommersiya gəmilərinin hazırda yalnız Tehran tərəfindən təsdiqlənmiş marşrut vasitəsilə Hörmüz boğazından keçdiyinə dair xəbərləri ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təkzib edilib.
"Unikal" xəbər verir ki, bu barədə CENTCOM-un X səhifəsində qeyd olunub.
Açıqlamaya görə, İran Hörmüz boğazına nəzarət etmir: "ABŞ ordusu ticarət gəmilərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün əlindən gələni edir".
Komandanlıq vurğulayıb ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri bu vacib beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox ticarət gəmisinin və 380 milyon barel xam neftin uğurla tranzitini təmin edib.
Ağarza Elçinoğlu





























.jpeg)














.jpg)

.jpg)








