Çində daşqınlar 100-dən çox heyvanı məhv edib.

"Unikal" xəbər verir ki, donuzların bəziləri ekskavatorla xilas olunub.

Çinin bir neçə bölgəsinə Maysak tayfununun yaratdığı leysan yağışlar və daşqınlar çoxsaylı yerli fermaları su altında qoyub. Yüzlərlə heyvan tələf olub. Bundan başqa Quanqxi bölgəsində yerli bir fermanın dağılması nəticəsində kobralar da daxil olmaqla təxminən 800-900 zəhərli ilan yaşayış məskənlərinə üz tutub. 

Sakinlərə evdən çıxmamaq tapşırılıb.