Belçika Baş naziri Bart De Vever Türkiyə Prezidenti tərəfindən ona edilən hədiyyənin yalnız NATO sammitindən evə qayıtdıqdan sonra revolver olduğunu öyrənib.
"Unikal" xəbər verir ki, o, bunu öyrənəndə təəccübləndiyini deyib.
De Vever hədiyyənin içindəkiləri Melsbroek hərbi aerodromuna eniş etdikdən sonra öyrənib. Silahı aşkar edən baş nazir onu hava limanı polisinə təhvil verib və polis onu silah seyfinə qoyub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Ankara sammitindəki hər bir NATO liderinə diplomatik hədiyyə - lüləsində alıcının adı həkk olunmuş revolver və altı güllə təqdim edib.
Böyük Britaniya Baş naziri Kir Starmer hədiyyəni Türkiyədə qoyub, çünki Ərdoğanın hədiyyə ilə birlikdə ixrac məhdudiyyətlərindən azad edən qeydinə baxmayaraq, Böyük Britaniyaya silah idxalı qadağandır.




.jpg)



































.jpeg)


.jpg)

.jpeg)







